"Mançester Siti" klubu "Lill"in formasını geyinən Ayub Buaddi ilə yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki, Fransa klubunun rəhbərliyi isə istedadlı yarımmüdafiəçini ucuz satmaq niyyətində deyil.

Onlar gənc ulduzun transferi üçün "şəhərlilər"dən 100 milyon avro tələb edir.

Buaddi Dünya Kubokundakı performansı ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

18 yaşlı futbolçu "Lill"in heyətində 96 oyuna çıxıb.