İngiltərə millisinin hücumçusu Harri Keyn baş məşqçi Tomas Tuxel ilə Cud Bellingem arasındakı söz-söhbətə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Tuxel DÇ-2026-nın 1/4 finalında Norveç üzərində qazanılan qələbədən sonra (əlavə vaxtda 2:1) komandanın oyunundan narazı qaldığını gizlətməmişdi. Bellingem isə bu sözlərə belə cavab vermişdi: "Ola bilsin ki, o, belə şəraitdə oynamağın necə bir şey olduğunu bilmir".

Keyn məsələ ilə bağlı bunları deyib:

"Belə bir matçdan yenicə çıxmısansa, final fitindən cəmi beş dəqiqə sonra sənə sual verirlərsə və sən hələ məşqçinin tam olaraq nə dediyini belə bilmirsənsə, Cüd nə cavab verməli idi? Biz meydanda yenicə böyük bir döyüşdən çıxmışdıq.

Aramızda nifaq salmağa çalışmaq asandır - görünür, belə böyük turnirlərdə ingilislər üçün bu, xarakterik haldır. Amma əslində hər şey tam tərsinədir.

Təkcə futbolçuların deyil, həm də məşqçinin və bütün heyətin birliyi sayəsində komandamız hazırda bu pillədədir. Tuxel duyğularını gizlətmir və insanlar buna dəyər verir. Onun sözləri heç vaxt əvvəlcədən hazırlanmır. Onu fərqli edən də məhz budur.

Hər şey təbii olanda buna inanırsan - onun dediklərinə, yanaşmasına etibar edirsən. Onun boş yerə dünyanın ən yaxşı məşqçilərindən biri hesab edilmədiyini biz yaxşı anlayırıq. Son iki ildə onu daha yaxından tanıdıq və onu nəyin xoşbəxt etdiyini bilirik".