Beynəlxalq Basketbol Federasiyası (FlBA) Rusiya və Belarusun basketbol yığmalarının beynəlxalq turnirlərə buraxılması məsələsinin nə vaxt müzakirə olunacağını açıqlayıb.
Offsideplus.az xəbər verir k, FİBA rəsmisi məsələ ilə bağlı bunları deyib:
"FIBA-nın Mərkəzi Şurası Rusiya və Belarus komandalarının hazırkı statusunun (kənarlaşdırılma qərarının) digər bütün yarışlar, o cümlədən 2026-cı ilin gənclər arasında Avropa çempionatı üçün qüvvədə saxlanılmasını təsdiqləyib. Bu qərar İcraiyyə Komitəsinin 2026-cı ilin sentyabr ayında keçirilməsi planlaşdırılan növbəti iclasınadək qüvvədə qalacaq".
Qeyd edək ki, FIBA-nın Mərkəzi Şurası daha əvvəl də Rusiya və Belarus komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılması barədə qərarı qüvvədə saxlamışdı.


