Sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Əbdülrəşid Sadullayev dizindən aldığı zədə səbəbindən qarşıdakı Rusiya çempionatında iştirak edə bilməyəcək.
Offsideplus.az xəbər verir ki, idmançı bu zədəni Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Real American Freestyle" (RAF) turnirində amerikalı Kayl Snayderlə qarşılaşmada alıb.
Bu barədə Rusiya millisinin baş məşqçisi Hacımurad Qatsalov məlumat verib.
Qeyd edək ki, 30 yaşlı Sadullayev iki dəfə Olimpiya Oyunlarının qalibi olub (2016, 2020), altı dəfə dünya çempionluğunu qazanıb (2014, 2015, 2018, 2019, 2021, 2024) və beş dəfə Avropa çempionatında (2014, 2018, 2019, 2020, 2026) qızıl medala sahib çıxıb.


