"İmişli" heyətini yeni qapıçı ilə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi son olaraq "Kəpəz"də çıxış etmiş Yusif İmanovu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İmişlilər 23 yaşlı qolkiperlə "2+1" illik müqavilə imzalayıblar.

Qeyd edək ki, gənc qapıçı karyerası ərzində "Sabah" və Kosovonun "Malişeva" komandalarının da şərəfini qoruyub.