Yeni mövsümün hazırlıqlarını davam etdirən "Araz-Naxçıvan" növbəti transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi braziliyalı qapıçı Artur Auqusto Da Silva ilə anlaşıb. 27 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində Braziliyanın "Desportivo Braziliya", Portuqaliyanın "Oliveyrense" və "Feyrense" klublarında çıxış edən Da Silva, ölkəmizə gəlməmişdən əvvəl İndoneziyanın "Semen Padanq" komandasının şərəfini qoruyub.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçi də heyətinə qatıb.


