Misli Premyer Liqasının yeni klubu "Şəfa" transfer çalışmalarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib. Fransalı futbolçu Musa Queli ilə 1 illik rəsmi müqavilə imzalanıb.

27 yaşlı oyunçunun son iş yeri Şimali Makedoniyanın "Tikves" klubu olub. Karyerası ərzində müxtəlif çempionatlarda qüvvəsini sınayan Queli, Türkiyədə "Samsunspor", ölkəsində isə "Dankerk", "Red Star", "Valansyen" və "Loryan" kimi klubların da uğurları üçün tər töküb.