"Qarabağ"ın futbolçusu, əsas komandaya qaytarılan Elvin Cəfərquliyev azarkeşlərə müraciət edib.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı müdafiəçi uzun müddətdən sonra dünən ilk rəsmi matçda meydana çıxmasını və azarkeşlərin ona göstərdiyi reaksiyanı sevinclə qarşılayıb. Hətta "instaqram"da "hekayə" bölməsində paylaşım edərək belə yazı da yazıb:
"Mənə göstərdiyiniz dəyər və dəstəyə görə sizə ürəkdən minnətdaram. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. Sizi çox sevirəm".


