Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın yarımfinalına yüksəldikdən sonra komandasının gücü barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Didye Deşamın rəhbərlik etdiyi kollektiv 1/4 finalda Mərakeş seçməsini 2:0 hesabı ilə üstələyərək adını növbəti mərhələyə yazdırıb. Ulduz forvard komandanın hazırkı durumu barədə danışarkən bunları deyib:

"Mən dünya çempionu və dünya vitse-çempionu olmuşam. Bu komanda isə nə dünya çempionudur, nə də vitse-çempion. Hazırda o, ən güclüsü deyil.

Komandanın böyük potensialı var, onunla gələcəyi təsəvvür etmək asandır. Bu heyət bizə xəyal qurmağa imkan verir, lakin güclü komandalar qalib gələnlərdir.

Əksi sübut olunmayana və yanımda kuboku görməyənə qədər bu komanda ən güclüsü deyil".