UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, növbəti oyun günündə daha 21 qarşılaşma baş tutub. Təmsilçilərimizin potensial rəqiblərinin ilk oyunları da keçirilib.

"Zirə"nin 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin Litvadakı görüşündə qalib müəyyənləşməyib. "Hegelmann" (Litva) öz meydanında "Payde" (Estoniya) ilə bərabərə qalıb - 1:1.

Mübarizəyə birbaşa 2-ci təsnifat mərhələsindən qoşulacaq Neftçinin də potensial rəqibləri üz-üzə gəlib. "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) matçında qonaqlar minimal hesablı qələbəyə seviniblər - 0:1.

Qeyd edək ki, bu cütlüklər arasında cavab oyunları iyulun 16-da keçiriləcək və təmsilçilərimizin rəqibləri rəsmən dəqiqləşəcək.