Konor Makqreqor İen Qerri İslam Maxaçevdən çempionluq kəmərini alacağı təqdirdə, onunla döyüşmək ehtimalını istisna etməyib.

Offsideplus.az xəbər verir ki, irlandiyalı ulduz döyüşçü bu barədə danışarkən belə deyib:

"Heç bir problem yoxdur. Braziliyada dedikləri kimi, "No problemo".

Qeyd edək ki, Braziliyanın "Chute Boxe" klubunda aktiv şəkildə məşq edən İen Gerri avqustun 16-da UFC 330 turniri çərçivəsində yarımorta çəkidə UFC çempionluq kəməri üçün İslam Mahaçevə qarşı döyüşəcək.