Şotlandiyanın "Seltik" klubu "Qarabağ"dan transfer etdiyi kolumbiyalı hücumçu Kamilo Duranın keçidini rəsmən elan edib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı forvard yeni klubunun mətbuat xidmətinə təəssüratlarını bölüşərək, gələcək hədəflərindən danışıb:

"Çempionlar Liqasında mübarizə aparmaq mənim üçün bir xəyalın gerçəkləşməsi idi. Uşaqlıqdan bu cür möhtəşəm turnirlərdə oynamağı arzulayırsan. Orada qol vurmaq inanılmaz hiss idi və eyni uğuru burada da davam etdirmək niyyətindəyəm. Meydanda həmişə maksimum gücümlə oynayıram, çox çalışıram və inanıram ki, qollarım ardıcıl gələcək.

"Seltik" tarixinin ilk kolumbiyalı futbolçusu olmaq mənə böyük qürur verir. Uşaqlıq illərimdən milli komandaya dəvət almaq istəmişəm. Ümid edirəm ki, burada uğurlu mövsüm keçirərək bir gün bu arzuma da yetişəcəyəm".