FIBA 3x3 basketbolu üzrə fərdi dünya reytinqini yeniləyib.

Offsideplus.az xəbər verir ki, yenilənmiş siyahıda Aleksandra Mollenhauer qadın basketbolçuların fərdi reytinqində dünya birincisi olub. Azərbaycan yığmasının digər aparıcı üzvü Arika Karter isə dünyanın ən yaxşıları arasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, bu reytinq son 12 ay ərzində FIBA tərəfindən təsdiqlənmiş rəsmi turnirlərdə idmançıların əldə etdiyi ən yaxşı 9 nəticə əsasında hesablanır.