İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın 1/4 finalında bu gün Los-Ancelesdə Belçikaya qarşı keçiriləcək matçdan əvvəl Lamin Yamal haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis 18 yaşlı ulduzun hələ ən yaxşı formasını nümayiş etdirmədiyini bildirib:

"Hər kəs bilir ki, Yamalın hücumda ən yaxşı versiyasını bu dünya çempionatında hələ tam görməmişik. Öyrəşdiyimiz səviyyədə deyil".

Turnirdə hələlik 1 qol vuran və məhsuldar ötürməsi olmayan Yamalın zədədən yeni qayıtdığını xatırladan baş məşqçi, onun Portuqaliya ilə matçdakı (1:0) çıxışını yüksək qiymətləndirib:

"Portuqaliya ilə oyunda rəqib müdafiəçi Nuno Mendeş onu dayandırmaq üçün o qədər güc sərf etdi ki, sonda zədələnib meydanı tərk etməli oldu. Laminin əlavə motivasiyaya ehtiyacı yoxdur, əksinə, bəzən onun emosiyalarını və sürətini sakitləşdirməli oluruq".

De la Fuente bu dünya çempionatında hələ qol buraxmayan İspaniya millisinin gənc ulduzunun Belçika ilə qarşılaşmada hücumda fərqlənəcəyinə inandığını sözlərinə əlavə edib.