"Qalatasaray" "Komo"nun vingeri Assan Diaonun transferi üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, bu barədə tanınmış insayder Matteo Moretto məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "sarı-qırmızılılar" İtaliya təmsilçisi ilə artıq ilkin təmaslara başlayıb.

Hazırda Türkiyə klubu Diaonun satın alma opsiyası ilə icarəyə götürülməsini nəzərdə tutan təklif üzərində işləyir.

Müqaviləyə məcburi satın alma bəndinin əlavə edilib-edilməyəcəyi hələlik dəqiqləşməsə də, klublar arasında danışıqlar aktiv şəkildə davam edir.

20 yaşlı futbolçu ötən mövsüm A Seriyasında 17 oyunda 2 qol vurmağı bacarıb.