Kilian Mbappenin 2017-ci ildə "Monako"dan ayrılarkən "Liverpul"a keçmək ehtimalı yarandığı və bunun üçün özəl təyyarədə gizli danışıqlar aparıldığı üzbəüz çıxıb.

Offsideplus.az xəbər verir ki, bu barədə DÇ-2026-da ekspert qismində çıxış edən və turnirdən sonra Almaniya millisinə rəhbərlik edəcəyi gözlənilən Yurgen Klopp məlumat verib. Alman mütəxəssis, Fransanın dünya çempionatının 1/4 finalında Mərakeşə qalib gəldiyi (2:0) matçdan sonra Mbappenin ailəsi ilə illər öncə baş tutan gizli görüşünün detallarını bölüşüb:

"Blekpuldun Nitsaya uçduq. Nitsada Mbappenin bütün ailəsi 5 otaqlı özəl təyyarəyə mindi. Transfer üçün hər şeyimizi ortaya qoymuşduq. Diqqət çəkməmək və görünməmək üçün havada dairələr vuraraq uçduq, ailə ilə söhbət etdik, gözəl yeməklər yedik. Hər şey möhtəşəm idi. Amma sonra o, Parisə getdi".

Qeyd edək ki, 2017-ci ildə PSJ-yə keçən və orada 308 oyunda 256 qol vuran ulduz hücumçu, daha sonra "Real Madrid"ə transfer olunub və fərdi baxımdan uğurlu keçən iki mövsümdə 103 matçda 86 qola imza atıb.