Rusiya Tennis Federasiyasının "World Tennis" (keçmiş İTF) üzvlüyündən kənarlaşdırılması qüvvədə saxlanılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə TASS agentliyi təşkilatın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl BOK-un (Beynəlxalq Olimpiya Komitəsi) İcraiyyə Komitəsi rusiyalı idmançılara qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə etmiş və Rusiya Olimpiya Komitəsinin üzvlüyünü bərpa etmişdi.