"Qarabağ"ın futbolçusu Abdullah Zubirin UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri"nin qapısına vurduğu qol Azərbaycan futbolunun tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçunun İslandiya təmsilçisi ilə matçda vurduğu bu qol, ölkə klublarının sözügedən turnirdəki yubiley - 300-cü qolu olub.

Əvvəllər UEFA Kuboku, hazırda isə Avropa Liqası adlanan yarışda indiyə qədər keçirilən 283 oyunda təmsilçilərimiz 298 qola imza atmışdılar. "Qarabağ"ın rəqibini 3:0 hesabı ilə darmadağın etdiyi görüşdən sonra bu göstərici 301-ə yüksəlib.

Qeyd edək ki, Azərbaycan komandalarının həm ümumilikdə avrokuboklarda, həm də konkret bu turnirdəki ilk qolu 1995/1996 mövsümünə təsadüf edir. 1995-ci il avqustun 22-də keçirilən "Austriya" (Vyana, Avstriya) – "Kəpəz" matçında (5:1) millimizin sabiq üzvü Yadigar Süleymanov ilk qolumuzun müəllifi olmuşdu.