Belçika millisi DÇ-2026-nın 1/4 finalında İspaniya ilə qarşılaşma öncəsi autsayder statusunu qəbul etsə də, sürprizə inanır.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Rudi Qarsiya rəqibin gücünü etiraf etsə də, iddialı danışıb:

"İspaniyanın turnirin favoriti və topa sahib olmaqda ən yaxşısı olduğunu bilirik. Lakin bizim də əla komandamız var. Hücum potensialımıza və növbəti mərhələyə yüksələcəyimizə inanırıq".

Komandanın 33 yaşlı veteran hücumçusu Romelu Lukaku isə yarımfinala yüksəlmək üçün mükəmməl oyun nümayiş etdirməli olduqlarını bildirib:

"Bura qədər gəlmisənsə, evə qayıtmaq barədə düşünmürsən. İspaniya əla komandadır, lakin onlara problem yarada biləcək silahlarımız var".

Qeyd edək ki, ABŞ-ı 4:1 hesabı ilə turnirdən kənarlaşdıran Belçika millisi Los-Ancelesdəki matçda azarkeş təzyiqinə də hazır olduğunu bəyan edib.