"Qarabağ" kolumbiyalı hücumçusu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın "Seltik" klubunun təklifini müsbət cavablandırıb. 

Offsideplus.az xəbər verir ki, klublar arasında aparılan transfer danışıqları uğurla yekunlaşıb və tərəflər arasında tam razılıq əldə olunub.

2025-ci ilin yayından bəri "Qarabağ"ın uğurları üçün çalışan cənubi amerikalı forvard, komandanın heyətində meydana çıxdığı 45 rəsmi oyunda 15 qola imza atıb.

Duran, Ağdam klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq tarixi pley-off mərhələsinə vəsiqə qazanmasında da əsas pay sahiblərindən biri olub.