“Sumqayıt” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, klub Filipe Kandido ilə anlaşıb. Portuqaliyalı mütəxəssis ilə 1 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu gün klubun təsisçisi və baş sponsoru olan “Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.


