"Ferrari"nin pilotu Şarl Lekler Böyük Britaniya Qran-prisindəki qələbəsinin onun işinə necə təsir edəcəyindən danışıb.
Offsideplus.az xəbər verir ki, "Silverstoun"dakı birincilikdən sonra arxayınlaşmaq niyyətində olmadığını deyən Lekler hər şeyin növbəti yarışlarda da ideal olacağını düşünmədiyini bildirib:
"Bu, sadəcə bir yarış idi. Mübarizənin artıq qazanıldığını düşünərək xülyalara qapılmaq olmaz. Son vaxtlar bolidlə bağlı problemlərimiz var idi və onların tam keçmişdə qaldığına əmin deyiləm. Son yarışdakı sabit idarəetmə hissini daha tez-tez yaşamaq üçün işləməyə davam edəcəyəm. Qarşıdakı Belçika Qran-prisində yalnız qələbəyə köklənmək səhv olardı. Bunun əvəzinə bolidin maksimum potensialını üzə çıxarmağa diqqət yetirəcəyəm".
Qeyd edək ki, Lekler ötən həftəsonu "Silverstoun"da iki illik fasilədən sonra qələbə qazanmağı bacarıb.


