Dünya çempionatında ilk finalçı bu gecə məlum olacaq.

Offsideplus.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cütündə Fransa və İspaniya yığmaları qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Fransa bu mərhələyə qədər bütün oyunlarında qələbə qazanıb. İspaniya isə yalnız Kabo Verde ilə heç-heçə edib.

Fransızlar indiyə qədər 4, ispanlar isə bir dəfə mundialın finalında olub.

DÇ-2026, 1/2 final

23:00 Fransa - İspaniya

Hakim: İvan Barton (Salvador)

Stadion: "Dallas" stadionu