Türkiyə Superliqasında mövsümün transferlərindən biri baş tutub. 

Offsideplus.az xəbər verir ki, ​"Fənərbağça" transfer bazarında əsl bomba partladıb. İstanbul təmsilçisi ingilis hücumçu Meyzon Qrinvudun transferi ilə bağlı bütün detalları həll edib və keçidi tamamilə yekunlaşdırıb.

​Sarı-lacivərdlilərin bu tarixi transfer üçün xərcləyəcəyi astronomik rəqəmlər və müqavilə şərtləri isə dodaq uçuqladır:

  • ​Transfer dəyəri: "Fənərbağça" bu keçid üçün 40 milyon avro sabit transfer haqqı və 2 milyon avro bonus ödəyəcək.
  • ​Sonrakı satışdan pay: Müqavilədə yer alan xüsusi bəndə əsasən, futbolçunun növbəti satışından əldə olunacaq gəlirin 10 milyon avrodan çox hissəsi onun keçmiş klubu "Mançester Yunayted"ə ödəniləcək.
  • ​Müqavilə müddəti və maaş: Qrinvud Türkiyə klubu ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayıb. Onun mövsümlük maaşı təxminən 10 milyon avro təşkil edəcək.

​Bu keçid həm "Fənərbağça", həm də Türkiyə futbol tarixi üçün ən baha başa gələn transferlərdən biri olaraq qeydə alınıb.