"Çelsi"nin 22 yaşlı yarımmüdafiəçisi Andrey Santos karyerasını "Mançester Yunayted"də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Qırmızı şeytanlar" braziliyalı futbolçunun transferini rəsmi saytı vasitəsilə elan edib.
Tərəflər müddəti uzadıla bilmək şərti ilə 2031-ci ilə qədər müqavilə imzalayıblar. Mətbuatda yer alan məlumatlara görə, bu transfer "Mançester Yunayted"ə 50 milyon funt-sterlinqə (58.5 milyon avro) başa gəlib.
Qeyd edək ki, Santos 2023-cü ilin yanvarından "Çelsi"nin müqaviləli futbolçusu idi. O, geridə qalan mövsümdə bütün turnirlərdə 43 matça çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


