"Aston Villa"nın fransalı sol cinah müdafiəçisi Lukas Din yenidən Fransa çempionunun heyətinə qoşulmağa çox yaxındır.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə Paris klubu arasında 3 mövsümlük müqavilə şərtləri barədə tam şifahi razılıq əldə edilib.
PSJ rəhbərliyi artıq İngiltərə təmsilçisinə futbolçunun müqaviləsində yer alan sərbəstqalma bəndini aktivləşdirəcəklərini rəsmən bildirib. Sözügedən transfer məbləğinin 10 milyon avrodan az olduğu qeyd edilir.
Fransa millisi ilə birlikdə 2026-cı il Dünya Çempionatında çıxış edən və turnirin yarımfinalına vəsiqə qazanan Lukas Dinin keçidi rəsmən mundial başa çatdıqdan sonra tamamlanacaq.
Qeyd edək ki, təcrübəli müdafiəçi daha əvvəl 2013-2015-ci illərdə də "PSJ" forması geyinib. O, Paris klubuna Nuno Mendeşlə rəqabət aparmaq və sol cinahı gücləndirmək üçün Luis Enrikenin xüsusi istəyi ilə transfer olunur.


