İngiltərə futbolunun əfsanəvi simalarından olan və hazırda idman şərhçisi kimi fəaliyyət göstərən Qari Nevill Argentina millisinin müdafiə xəttini kəskin şəkildə tənqid edib.

Offsideplus.az xəbər verir ki, Təcrübəli mütəxəssis argentinalıların müdafiə dueti haqqında olduqca maraqlı və iddialı fikirlər səsləndirib.

​Nevill rəqib qapısına ən azı iki qol vuracaqlarına əminliyini ifadə edərək müdafiəçilər barədə bunları deyib:

"Argentina qarşısında ən azı 2 qol vurmayacağımız heç bir ssenari görmürəm. Mən onları dünyanın 'ən yaxşı-ən pis' mərkəz müdafiəsi dueti adlandırıram."

​Kristian Romero və Lisandro Martines cütlüyünün qeyri-stabil oyun nümayiş etdirdiyini bildirən Nevill onların çıxışını belə xarakterizə edib:

"Onlar möhtəşəmliklə rəzalət arasında gedib-gəlirlər. Heyətdə hər oyunda öz aralarında rəqibə bir qol hədiyyə edən Kristian Romero və Lisandro Martines var. Amma sonra onlara bir də baxırsan ki, qollar vurur, bütün hava mübarizələrini qazanır və meydanın hər qarışında peyda olurlar."

​Nevillin bu qalmaqallı açıqlamaları xüsusilə Argentina azarkeşləri arasında böyük müzakirələrə səbəb olub.