"Mançester Yunayted" "Aston Villa"nın yarımmüdafiəçisi Yuri Tilemansı heyətinə qatmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, mankunianlar 29 yaşlı belçikalı futbolçunun müqaviləsində yer alan 41 milyon avroluq sərbəstqalma məbləğini aktivləşdirərək bu keçidi həll edib.

Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Klub, həmçinin futbolçunun özü ilə də şəxsi müqavilə ilə bağlı razılıq əldə edib.

Qeyd edək ki, Tilemansın "Aston Villa" ilə mövcud müqaviləsi 30 iyun 2028-ci ilə qədər idi. O, geridə qalan mövsümdə Premyer Liqada 25 matça çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.