Dünya Çempionatında Fransa millisinin heyətində nümayiş etdirdiyi möhtəşəm performansdan sonra ulduzu parlayan Maykl Olisenin gələcəyi böyük sual altındadır.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı istedadlı vingerin ətrafındakı transfer şayiələri pik həddə çatıb.

​Məlumata görə, Olise ilə bağlı vəziyyət kifayət qədər gərgindir və yaxın günlərdə mühüm gəlişmələr gözlənilir:

  • ​Təcili görüş tələbi: Dünya Çempionatından dərhal sonra Maykl Olisenin "Bavariya" rəhbərliyi ilə gələcəyini müzakirə etmək üçün masaya oturacağı bildirilir. Futbolçu rəhbərlikdən karyerası ilə bağlı planları şəxsən eşitmək istəyir.
  • ​200 milyon avroluq dilemma: "Bavariya" rəsmiləri Oliseni satmaq niyyətində olmadıqlarını bildirsələr də, iddialara görə, ulduz futbolçu üçün 200 milyon avrodan yüksək rəsmi təklif gələrsə, Almaniya klubunun bu məbləğə "yox" deməsi olduqca çətin olacaq.
  • ​Peresin böyük xəyalı: "Real Madrid"in prezidenti Florentino Peres Maykl Oliseni komandasında görməyi xəyal edir. İspaniya nəhəngi fransız futbolçunu Kilian Mbappe ilə birlikdə yeni hücum xəttinin əsas hissəsi etmək istəyir. Digər tərəfdən, Olisenin özünün də "Real Madrid"də çıxış edən fransız yoldaşları ilə sıx təmasda olduğu və İspaniyaya köçməyə isti yanaşdığı sızan məlumatlar arasındadır.