Paulo Dibala "Roma" ilə müqaviləsinin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı argentinalı futbolçunun Roma klubu ilə yeni sözləşməsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
Dibala 2022-ci ilin yayından, "Yuventus"dan ayrılaraq azad agent statusu ilə bu komandada çıxış edir.
Bu barədə klubun rəsmi sosial media hesabında məlumat yayılıb.
Qeyd edək ki, geridə qalan 2025/2026 mövsümündə Dibala bütün turnirlərdə 26 matçda meydana çıxıb, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.


