İspaniya millisinin müdafiəçisi Pau Kubarsi ölkənin keçmiş baş naziri Mariano Raxoyun Fransa yığması barədə səsləndirdiyi qalmaqallı fikirlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, gənc müdafiəçi bu sözlərə cavab olaraq irqçiliyin əleyhinə çıxıb və rəqibə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb:

"Əgər onlar Fransa millisinin şərəfini qoruyurlarsa, deməli, nəticə etibarilə fransızdırlar. Dəri rənginin heç bir fərqi yoxdur, biz hər kəsə qarşı tolerant olmalıyıq. Hamımız insanıq və hörmətə layiqik".

Qeyd edək ki, sabiq baş nazir DÇ-2026-nın yarımfinalındakı İspaniya – Fransa matçından öncə rəqib haqqında danışarkən belə demişdi: "Onların heyrətamiz heyəti var – düzdür, fransızlarsız. Amma daxili bir hissiyatım var ki, biz qalib gələcəyik".