Niderland milli komandasının və "Real Madrid" klubunun sabiq futbolçusu Rafael van der Vaart fransalı ulduz hücumçu Kilian Mbappenin komandadan getməsini tələb edən azarkeşləri kəskin şəkildə tənqid edib.

Offsideplus.az xəbər verir ki, ​Kilian Mbappenin "Real Madrid"i tərk etməsi üçün başladılan və təxminən 97 milyon imza toplandığı iddia edilən kampaniyaya münasibət bildirən niderlandlı veteran futbolçu bu addımı rəzalət adlandırıb:

"O insanlar özlərindən utanmalıdırlar! Mbappe sadəcə dünyanın ən yaxşı oyunçusudur. Əgər kimsə komandadan getməlidir sərə, bu, BAŞQA BİRİSİDİR... Axı necə kimsə Kilian Mbappeyə şübhə edə bilər?!"

​Qeyd edək ki, Rafael van der Vaart "o birisi" ifadəsi ilə daha əvvəl də davranışlarını sərt tənqid etdiyi "Real Madrid"in digər ulduzu Vinisius Juniora eyham vurub.

Veteran yarımmüdafiəçi Mbappenin böyük təzyiq altında olduğunu, lakin onun keyfiyyətinə kölgə salmağın yolverilməz olduğunu vurğulayıb.