İtaliya nəhəngi "İnter"in heyətinə qatmağa hazırlaşdığı gənc hücumçu Anan Xalailinin transferində şok fəsad ortaya çıxıb.

Offsideplus.az xəbər verir ki, Belçikanın "Yunion Sent-Cilluaz" klubundan İtaliyaya köçməyə hazırlaşan futbolçunun keçidi rəsmən dayandırılıb.

​Transferin ləğv edilməsinə səbəb futbolçunun tibbi müayinədən keçə bilməməsidir:

  • ​İtaliya qaydalarına ilişdi: Xalailinin Milan klubunda keçdiyi tibbi testlərin nəticələri İtaliya idman qanunvericiliyinin və tənzimləmə sisteminin sərt normativlərinə cavab verməyib.
  • ​Müqavilə imzalanmayacaq: Test nəticələrinin rəsmi orqanlar tərəfindən təsdiqlənməməsi səbəbindən "İnter" rəhbərliyi transfer prosesini tamamilə dayandırmaq məcburiyyətində qalıb.

​Böyük ümidlərlə İtaliyaya gələn 21 yaşlı futbolçunun bu gözlənilməz xəbərdən sonra yenidən Belçika klubuna geri dönəcəyi gözlənilir.