"Atalanta"nın futbolçusu Şarl De Ketelare İngiltərə Premyer Liqasına keçə bilər. 


Offsideplus.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Adları açıqlanmasa da, iki İngiltərə klubunun futbolçunun transferində maraqlı olduğu bildirilir.

​İtaliya təmsilçisi isə 25 yaşlı belçikalı yarımmüdafiəçi üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, futbolçunun "Atalanta" ilə müqaviləsi 2028-ci ilin iyun ayına kimi qüvvədədir.