PSJ klubu “Barselona”nın hücumçusu Ferran Torresi transferini reallaşdırmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, bu barədə Sky Sports nəşri məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

26 yaşlı futbolçu ilə Kataloniya klubu 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalamağa hazırlaşır.

Qeyd edək ki, Ferran Torres 2022-ci ildən “Barselona”da forma geyinir.