"Real Madrid" və Vinisius Junior iyulun sonunda müqavilənin müddətinin uzadılması barədə danışıqlara başlayacaqlar.
Offsideplus.az "As" nəşrinə istinadən xəbər verir ki, tərəflər məsələni mövsümöncesi hazırlıqlar başlamazdan əvvəl həll etmək niyyətindədirlər.
Futbolçu və Madrid klubunun rəhbərliyi əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Vinisius "kral klubu"nun prezidentinə və digər rəsmilərinə komandada qalmaq istədiyini bildirib və yeni müqavilə imzalamağa hazırdır.
Klub da braziliyalı hücumçu ilə sözləşməni yeniləməyə ümid edir. Son təmaslardan sonra Vinisiusun gələcəyi ilə bağlı məsələ "Real Madrid" rəhbərliyini artıq ciddi şəkildə narahat etmir.
Tərəflərin bir aydan da az müddətdə razılığa gələ biləcəyi gözlənilir. Madrid təmsilçisi Vinisiusun yeni mövsümə artıq yeni müqavilə ilə başlamasını arzulayır.


