"Çelsi" bu yay Alexandro Qarnaçonu satmağa hazırdır.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
London klubu vingerin transfer qiymətini xarici komandalar üçün 50 milyon avro, Premyer Liqa klubları üçün isə 45 milyon funt-sterlinq (52,8 milyon avro) dəyərində qiymətləndirir.
Qarnaço hazırda Xabi Alonsonun rəhbərliyi altında məşq etmir.
"Çelsi" futbolçunun komandadan ayrılması üçün variantlar tapmaq məqsədilə onun ətrafı ilə sıx əməkdaşlıq edir.


