"Qalatasaray" "Real"ın futbolçusunu heyətinə qatmaqda maraqlıdır.
Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Söhbət Franko Mastontunodan gedir. "Cimbom" argentinalı gənc futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Franko ötən mövsümdən etibarən "Real"ın şərəfini qoruyur.


