"Qalatasaray" klubu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən hücumçu Con Duranın transferini reallaşdırmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında razılaşma əldə olunub. 

Razılaşmaya əsasən, "sarı-qırmızılar" Duranın illik maaşının 4 milyon avroluq hissəsini ödəyəcək. 

Bildirilib ki, futbolçu yaxın günlərdə transferi rəsmiləşdirmək üçün İstanbula yollanacaq.

Qeyd edək ki, 22 yaşlı kolumbiyalı 2025/2026-cı illər mövsümünün birinci yarısını “Fənərbağça”da, ikinci hissəsini isə icarə əsasında Rusiyanın "Zenit" klubunda forma geyinib.