UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) qarşılaşmasının favoriti bəllidir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Football Meets Data" portalı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan təmsilçisi 96 faiz ehtimalla bugünki görüşdə qalib gələcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Vestri” matçı saat 20:00-da start götürəcək.


