FTB Argentina Futbol Assosiasiyasının (AFA) ABŞ-dəkı maliyyə fəaliyyətləri ilə bağlı genişmiqyaslı təhqiqata başlayıb.
Offsideplus.az xəbər verir ki, Klaudio Tapianın rəhbərlik etdiyi assosiasiya təxminən 300 milyon dollar məbləğində çirkli pulların yuyulması, vergidən yayınma və dələduzluq (maliyyə fırıldaqçılığı) əməllərində şübhəli bilinir.
Təhqiqatın əsas təfərrüatları aşağıdakılardır:
- Şübhəli köçürmələr: Araşdırmalar mərkəzi Floridada yerləşən və AFA-nın xaricdəki kommersiya müqavilələrini idarə edən "TourProdEnter LLC" şirkəti üzərində cəmləşib. Sənədlərə görə, bu şirkət ABŞ-nin 5 böyük bankındakı hesablar vasitəsilə ən azı 260 milyon dollar dövriyyə edib.
- Şübhəli şirkətlər: Bu vəsaitin təxminən 57 milyon dollarının heç bir iqtisadi əsası və xidmət sahəsi olmayan, rəsmi qeydiyyatda sosial yardım alan şəxslərin adına açılmış şübhəli şirkətlərə köçürüldüyü iddia edilir.
- Zamanlama: Hazırda davam edən 2026-cı il Dünya Çempionatı ərəfəsində ortaya çıxan bu qalmaqal, xüsusilə Argentinanın Misir üzərindəki qalmaqallı qələbəsindən (VAR qərarı ilə ləğv edilən qol) sonra medianın diqqət mərkəzinə düşüb. Şahid qismində artıq bəzi iş adamlarının dindirildiyi bildirilir.


