"Real Madrid" Premyer Liqa klublarının transfer hədəfində olan fransalı yarımmüdafiəçisi Orelyen Tçuameni ilə bağlı qəti qərarını verib.

Offsideplus.az xəbər verir ki, tərəflər yeni müqavilənin şərtləri barədə tam razılığa gəliblər.

​Xüsusilə "Mançester Yunayted" və "Liverpul"un ciddi maraq dairəsində olan 26 yaşlı futbolçu üçün Madrid təmsilçisi satmaq variantını tamamilə masadan qaldırıb.

"Kral Klubu" komandada göstərdiyi sabit performansla və həm dayaq yarımmüdafiəçisi, həm də mərkəz müdafiəçisi mövqeyindəki universallığı ilə etimadı doğruldan Tçuameninin müqaviləsini 2031-ci ilin yayına qədər uzatmağı planlaşdırır. Futbolçunun özünün də karyerasını "Santyaqo Bernabeu"da davam etdirmək istəyi danışıqların müsbət yekunlaşmasında əsas rol oynayıb.