FİFA Fransa Futbol Federasiyasının (FFF) müraciətini rədd edərək Maykl Olisenin aldığı sarı vərəqə qərarını təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, ​bu qərardan sonra "Fransa" millisinin hücumçusu Dünya Çempionatının dörddəbir finalında "Mərakeş"ə qarşı keçiriləcək qarşılaşmaya vərəqə limitində çıxacaq.

Əgər Olise bu oyunda yenidən sarı vərəqə alarsa və komandası növbəti mərhələyə vəsiqə qazanarsa, o, yarımfinal matçını buraxmalı olacaq.