"Borussiya Dortmund" klubunun prezidenti Hans-Yoahim Vatske komandanın ulduz hücumçusu Erlinq Halandın gələcəyi ilə bağlı maraqlı etiraflar edib.

Offsideplus.az xəbər verir ki, ​Vatske gənc hücumçunun İspaniya nəhənginə rəğbət bəslədiyini gizlətmədiyini bildirib:

"Erlinq Haland *Real Madrid"i sevir və bunu gizlətmir. Hesab edirəm ki, gələcəkdə – iki-üç il ərzində o, orada çıxış edəcək. Lakin indi yox. Onun vaxtı hələ gələcək".