Portuqaliya milli komandasında Roberto Martinesin gedişindən sonra boş qalan baş məşqçi postuna kimin gətiriləcəyi dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, tanınmış mütəxəssis Jorje Jezuş Portuqaliya seçməsinin sükanı arxasına keçməyə hazırlaşır.  

​Tərəflər arasında artıq tam razılıq əldə olunub və yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Təcrübəli portuqaliyalı mütəxəssis yeni layihə çərçivəsində komandanı Millətlər Liqası, "Avro-2028" və 2030-cu il Dünya Çempionatına hazırlayacaq.