FIFA Dünya Kubokunda dörddəbir final həyəcanı yaşanarkən, bir çox komandalar ciddi vərəqə itkisi riski ilə qarşı-qarşıyadır.

Offsideplus.az xəbər verir ki, turnirin reqlamentinə əsasən, əsas mərhələlərdə iki sarı vərəqə limitini dolduran futbolçular növbəti matçı buraxmaq məcburiyyətindədirlər.

​Hazırda turnirdə mübarizəni davam etdirən komandaların heyətində ümumilikdə 19 futbolçu "sarı vərəqə limiti"ndədir. Dörddəbir final oyunlarında sarı vərəqə alacaqları təqdirdə, komandaları mərhələni keçsə belə, həmin oyunçular yarımfinal qarşılaşmasında meydanda ola bilməyəcəklər.

​Yarımfinalı qaçırmaq təhlükəsi olan ulduz futbolçuların siyahısına Cud Bellingem (İngiltərə), Maykl Olise (Fransa) və Bredli Barkola (Fransa) kimi adlar başçılıq edir.

​Cəza limitində olan futbolçuların tam siyahısı:

  • İngiltərə: Cud Bellingem, Deklan Rays, Mark Qehi, Niko O'Rayli
  • Fransa: Maykl Olise, Bredli Barkola, Manu Kone
  • Mərakeş: Əşrəf Hakimi, İssa Diop, Reduan Halhal, Bilall Əl-Xannus, Azzedin Unahi
  • İsveçrə: Qranit Caka, Denis Zakariya, Miro Muheim
  • Argentina: Qonsalo Montiel
  • İspaniya: Ferran Torres
  • Belçika: Brandon Meşele
  • Norveç: Antonio Nusa

​Qeyd edək ki, dörddəbir final mərhələsindən sonra bütün sarı vərəqələr sıfırlanacaq. Lakin bu mərhələdə ikinci xəbərdarlığı alan oyunçular üçün bu qayda keçərli olmayacaq və onlar avtomatik olaraq yarımfanalı buraxacaqlar.