“Bilirik ki, bizi çətin oyun gözləyir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri İslandiyanın "Vestri" komandasının baş məşqçisi Daniel Osafo-Badu mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında danışıb:
"Mən çox həyəcanlıyam, çünki sabah güclü komandaya qarşı oynayacağıq. Ancaq əlimizdən gələni edəcəyik və meydanda maksimum mübarizə aparacağıq".
Mütəxəssis “Qarabağ”ın yeni transferləri ilə bağlə suala belə cavab verib:
“Oyunçular dəyişsə də, baş məşqçi eynidir. Onların yoldaşlıq oyunlarını izləmişəm. Taktiki baxımdan ötən illə müqayisədə böyük dəyişiklik görmədim. “Qarabağ”ın oyun üslubu haqqında məlumatlıyam.
Futbolçular "Qarabağ"la oyuna hazırdılar. Püşkdə bu rəqib bizə düşəndə sevinmişdilər.
Təbii ki, bütün planlarımızı açıqlaya bilmərəm. Amma “Qarabağ”hücumameyilli futbol oynayır. Ola bilər ki, onların hücum zamanı buraxdıqları boşluqlardan istifadə edə bilək”.
Qeyd edək ki, "Qarabağ" - "Vestri" matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


