20 yaşadək (U-20) qızlardan ibarət basketbol üzrə Azərbaycan millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız 9-14-cü yerlər uğrunda mübarizədə Ukrayna komandası ilə qarşılaşıb. Oyun rəqibin 79:58 (21:17, 21:14, 16:13, 21:14) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qrup mərhələsində İrlandiya və Yunanıstana uduzan, Albaniyaya isə qalib gələn millimizi növbəti günlərdə Bosniya və Herseqovina (9 iyul), Rumıniya (11 iyul) və İsveçrə (12 iyul) yığmaları ilə qarşılaşmalar gözləyir.


