Türkiyə Superliqasının nəhəngləri transfer pəncərəsində ard-arda böyük addımlar atır.

Offsideplus.az xəbər verir ki, "Trabzonspor" gənc istedadı rəsmən heyətinə qatdığı halda, "Fənərbağça" dünya şöhrətli ulduzun keçidini tamamlamaq üzrədir.

​"Trabzonspor" klubu Danimarkanın "Midtyulland" komandasından 24 yaşlı sol cinah hücumçusu Doğuhan Aral Şimşirin transferini rəsmən elan edib.

​Bordo-mavililər bu transfer üçün Danimarka təmsilçisinə 13 milyon avro ödəyəcək.

​Futbolçunun növbəti satışından əldə ediləcək qarın 15%-i də "Midtyulland" klubuna veriləcək.

​Gənc oyunçu ilə 2030-cu ilin iyun ayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb.

​Digər tərəfdən, "Fənərbağça" "Olimpik Marsel"in ingiltərəli hücumçusu Meyson Qrinvudun transferində sona gəlib. Avropanın bir çox klubunun hədəfində olan 24 yaşlı oyunçu İstanbul nəhənginin illik 10 milyon avroluq təklifinə razılıq verib.

​"Fənərbağça" Fransa təmsilçisinə 40 milyon avro və əlavə bonuslar ödəyəcək.

​Ulduz futbolçu ilə 4 mövsümlük rəsmi sözləşmə imzalanması gözlənilir.

​Müqavilə şərtlərinə əsasən, bu transfer məbləğinin 40%-i futbolçunun keçmiş klubu "Mançester Yunayted"in xəzinəsinə köçürüləcək.