"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) klubu üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib və cavab qarşılaşması barədə danışıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis ilk oyunda planlarının uğurla alındığını, lakin hələ heç nəyin bitmədiyini vurğulayıb:
"Rəqibə təzyiq göstərmək istəyirdik və buna nail olduq. Hesabı daha da böyüdə bilərdik, lakin matçın sonlarına doğru yorğunluq hiss olundu. Yeni transferlərin hələ zamana ehtiyacı var, futbolçuların hamısı ideal formada deyil. Buna baxmayaraq, komandamız böyük əzmkarlıq nümayiş etdirdi.
Futbolda hər şey ola bilər, bir neçə dəqiqə ərzində hər şey dəyişir. Rəqibin heyətində keyfiyyətli oyunçular var və Kutaisi təmsilçisi bizdən daha hazırlıqlı idi. Səfərdəki cavab matçında hər şeyə hazır olmalı və mərhələni keçmək üçün daha yaxşı futbol sərgiləməliyik".
Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması iyulun 16-da Gürcüstanda baş tutacaq.


